Rusiya və Türkiyə təyyarələri arasında 13 dəfə təhlükəli yaxınlaşma olub
16 oktyabr 2015 05:45 (UTC +04:00)

Rusiya və Türkiyə təyyarələri arasında 13 dəfə təhlükəli yaxınlaşma olub

0

 Oktyabrın 3-dən 10-dək  Rusiya və Türkiyə təyyarələri arasında 13 dəfə təhlükəli  yaxınlaşma faktı qeydə alınıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbərinin müavini Əli Kamal Aydın bildirib.  

 

“Oktyabrın 3-dən 10-dək  Rusiya təyyarələri iki dəfə bizim hava məkanımızı pozub, Rusiyanın  daha üç təyyarəsi təhlükəli manevrlər həyata keçirib, ümumilikdə qeyd olunan müddətdə, Rusiya və Türkiyə təyyarələri arasında 13 dəfə təhlükəli  yaxınlaşma halı qeydə alınıb”, deyə Əli Kamal Aydın bildirib.  

 

Türkiyə XİN rəhbərinin müavini həmçinin qeyd edib ki, Türkiyə hava məkanının Rusiya təyyarələri tərəfindən pozulması məsələsini heç də qabartmır: “Heç bir ölkə hava məkanının digər ölkənin  döyüş təyyarələri tərəfindən pozulmasına izn verməz”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar