Rumıniyanın qabaqcıl xəbər agentliklərindən olan “Mediafax”ın direktoru Adrian Sırbu həbs edilib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, direktor çirkli pulların yuyulmasında və vergidən yayınmada günahlandırılır.
Rumıniya Antikorrupsiya İdarəsinin məlumatına əsasən, A.Sırbu saxta şirkətlər şəbəkəsi yaradaraq dövlətə 3 milyon avro zərər verib.
Direktor isə ona qarşı ünvanlanan iddiaların “gülünc və sifarişli” olduğunu deyib.
Xəbər agentliyinin direktoru həbs edildi - korrupsiya
0
0
0
0