Bu gün Bağdadın şimalında yerləşən universitetlərdən birində terror aktı törədilib. Lent.az-ın məlumatına görə, ilkin olaraq 3 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.
"France Presse"dəki xəbərdə qeyd edilir ki, terrorçu İmam Kazım adına Universitetə daxil olaraq partlayıcı qurğunu işə salıb. Universitetə soxulmaq istəyən digər terrorçu isə məhv edilib.