Ukraynada döyüşlər davam edir: 6 hərbçi həlak olub
13 may 2014 22:20 (UTC +04:00)

Ukraynada döyüşlər davam edir: 6 hərbçi həlak olub

0
Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separaçılarla baş vermiş döyüş zamanı 6 hərbçi həlak olub.

 

APA-nın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

 

Məlumata görə, Kramatorsk şəhərindən 20 km aralıda pusqu qurmuş 30-dək silahlı separatçı   Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin kolonuna hücum edib.  

 

“Terrorçular hərbçiləri minaatanlardan və avtomat silahdan atəşə tutub. Minaatanlardan açılan ilk atəş nəticəsində 2 hərbçi hadisə yerində həlak olub, 3 nəfər isə yaralanıb. Döyüş nəticəsində, ümumilikdə, 6 hərbçi həlak olub, daha 8 nəfər isə yaralanıb”, deyə məlumatda bildirilir.   

 

Separatçılar arasında ölən və yaralananlar barədə məlumat verilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1882

Oxşar yazılar