Ukrayna Ali Radasının qarşısında toqquşma: <span style="color:red;">yaralılar var
31 avqust 2015 17:00 (UTC +04:00)

Ukrayna Ali Radasının qarşısında toqquşma: yaralılar var

0

Bu gün Ukrayna Ali Radası “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini müzakirə edərkən parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib.


 

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, mitinqçilərin arasından polislərə doğru qumbara atılıb. Nəticədə hüquq-mühafizə orqanlarının 50-dən çox əməkdaşı yaralanıb. Hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar xəstəxanaya çatdırılıb. Milli Qvardiyadan bildirilib ki, qvardiyanın çoxlu sayda əməkdaşı zərər çəkib. Onlardan 4-nün vəziyyəti ağırdır.  

 

“112” telekanalının əməkdaşı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf 2 qumbaranın atıldığını xəbər verib.

 

Qeyd edək ki, Ali Rada ölkədə siyasi gərginliyə səbəb olan “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihənin lehinə 265 deputat səs verib. Birinci oxunuşdan keçdikdən sonra sənədin qəbulu üçün konstitusion çoxluq – 300 səs tələb olunur. Hakim koalisiyaya daxil olan siyasi qüvvələrdən üçü – “Samopomiç”, Radikal Partiyası və “Yuliya Timoşenkonun bloku” sənədə səs verməyəcəklərini bəyan ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar