Ukrayna ABŞ-dan “vacib müttəfiq” statusu istəyəcək
22 iyul 2014 07:45 (UTC +04:00)

Ukrayna ABŞ-dan “vacib müttəfiq” statusu istəyəcək

0

Ukrayna prezidenti Pyotr Poroşekno ABŞ-dan ölkəsinə “NATO-dan kənar vacib müttəfiq” statusu verməsini istəyəcəyini bildirib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, “CNN”-ə müsahibəsində o, deyib ki, Ukraynanın şərqində sabitliyin yaranması üçün Rusiyaya tətbiq edilən sanksiyalar nəticə verməzsə, o zaman bu müraciəti etməyə əsas olacaq.

 

Məlumata əsasən, artıq Konqresdə Ukrayna, Gürcüstan və Moldovaya vacib statusun verilməsi ilə bağlı qanun layihəsi müzakirəyə təqdim edilib.

 

Bu ilin mayında respublikaçı – senator Rob Korker tərəfindən təqdim edilən sənəd qurumun beynəlxalq münasibətlər komitəsində nəzərdə keçirilir.

 

“NATO-dan kənar vacib müttəfiq” (“Major Non-NATO Ally”, “MNNA”) statusu dedikdə ABŞ-la sıx hərbi əməkdaşlıq, o cümlədən birgə müdafiə təşəbbüsü, hərbi araşdırmaların keçirilməsi, terrorçuluğa qarşı bir sıra  məhdud tədbirlərdə iştirak və silahların verilməsi nəzərdə tutulur.  

 

Mənbə xatırladıb ki, 1989-cu ildə bu status qanunla müəyyən edilib. Hazırda Avstraliya, Argentina, Əfqanıstan, Bəhreyn, Misir, İsrail, İordaniya, Küveyt, Mərakeş, Yeni Zelandiya, Pakistan, Tailand, Cənubi Koreya, Filippin və Yaponiya bu statusa malikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1155

Oxşar yazılar