Türkiyənin sabiq müdafiə sənayesi katibi Murad Bayar yeni vəzifəyə təyin olunub
29 mart 2014 02:05 (UTC +04:00)

Türkiyənin sabiq müdafiə sənayesi katibi Murad Bayar yeni vəzifəyə təyin olunub

0
Martın 28-də Türkiyənin müdafiə sənayesi katibi (müstəşar) vəzifəsindən azad olunan Murad Bayar elə həmin gün yeni vəzifəyə təyinat alıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M. Bayar Türkiyə Nazirlər Kabinetinin baş müşaviri təyin edilib.

 

Müdafiə sənayesi katibi vəzifəsini isə bu posta təyinat olana qədər müdafiə sənayesi katibinin müavini Faruk Özlü icra edəcək.

 

M. Bayarın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 11-də Azərbaycana səfəri planlaşdırılsa da, sonradan səfər aprel ayına təxirə salınmışdı.

 

Qeyd edək ki, 1989-cu ildən SSM-də çalışan M. Bayar 2004-cü ildən Müdafiə Sənayesi Katibliyinin rəhbəri vəzifəsini tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 808

Oxşar yazılar