Türkiyədə tanınmış teatr aktrisası Fatma Alev Tekoğul avtomobil qəzasında öldü. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Bodrumda baş verib.
Maşını aktrisa özü idarə edirmiş. Bildirildiyinə görə, nəqliyyatın idarə edilməsinə nəzarəti itirən Fatma Alev qarşıdan gələn avtomobillə toqquşub. Qəza zamanı onun qızı da daxil olmaqla 4 nəfər ağır yaralanıb.