Türkiyədə növbəti terror aktı baş verib. Lent.az xəbər verir ki, Diyarbəkir vilayətində PKK silahlıları növbəti dəfə təhlükəsizlik qüvvələrinə hücum edib. Qulp kəndi yaxınlığında baş verən insident zamanı silahlılar qəfil olaraq hərbçilərə atəşə tutub. Nəticədə 1 hərbçi şəhid olub, daha 3 hərbçi isə yaralanıb.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.