Türk pilotlar Rusiya təyyarəsinə belə xəbərdarlıq etdilər - <span style="color:red;"> SƏS YAZISI
25 noyabr 2015 12:39 (UTC +04:00)

Türk pilotlar Rusiya təyyarəsinə belə xəbərdarlıq etdilər - SƏS YAZISI

0

Noyabrın 24-də Türkiyənin hava sərhədini pozduğu üçün "F-16" qırıcıları tərəfindən vurulan Rusiyanın "Su-24" döyüş təyyarəsinə xəbərdarlığın səs yazısı yayılıb. 

 

APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, səs yazısından görünür ki, türk pilotlar "Su-24"ün pilotlarına hər 30 saniyədən bir xəbərdarlığı təkrarlayır. 

 

Rus təyyarəsinə "Siz Türkiyənin hava məkanına daxil olmusunuz. Uçuş trayektoriyanızı təcili olaraq cənuba doğru dəyişdirin" deyə xəbərdarlıq edən türk pilotlar sonda atəş açmaq məcburiyyətində qalıb.

 

Türk pilotların rus pilotlara xəbərdarlıq etməsini Pentaqon rəsmiləri də təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar