<b>Tramp Klintonu seçki saxtakarlığında ittiham etdi</b>
28 noyabr 2016 13:42 (UTC +04:00)

Tramp Klintonu seçki saxtakarlığında ittiham etdi

0

 

Noyabrın 8-də ABŞ-da keçirilmiş prezident seçkilərindən qalib çıxan Respublikaçılar Partiyasının namizədi Donald Tramp sensasiyalı çıxış edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, xalq səsverməsində Hillari Klintandan geri qalan Tramp bunu saxtakarlıqla əlaqələndirib. O deyib ki, seçkilərdə kütləvi saxtakarlıq baş verib.

 

Tvitter vasitəsi ilə çıxış edən Tramp deyib: “Bütün ölkə üzrə seçki bülletenləri sayılarkən saxtakarlığı nəzərə almasaq, bütün səsvermələri mən qazanmışam. 15 ştatda deyil, 3-4 böyük ştatda kampaniya aparsaydım mənim üçün xalqın səsini almaq seçilmişlərin səsini əldə etməkdən daha asan olardı”.

 

Qeyd edək ki, xalq səsverməsində H.Klinton Trampı qabaqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar