Tiflisdə azərbaycanlı tələbələr  “Mən və Avropa Birliyi” esse müsabiqəsinin qalib olub
12 iyun 2014 22:38 (UTC +04:00)

Tiflisdə azərbaycanlı tələbələr “Mən və Avropa Birliyi” esse müsabiqəsinin qalib olub

0
Bu gün Tiflisdə Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan gürcü, azərbaycanlı və erməni tələbələr arasında “Mən və Avropa Birliyi” mövzusunda yazılan esselərin qalibləri müəyyən edilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın bir çox universitetlərində təhsil alan tələbələr müsabiqədə iştirak edib. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin nümayəndəsi Zaur Darğallının APAya verdiyi məlumata görə, gürcü ali məktəblərində "4+1 proqramı" ilə təhsil alan azərbaycanlı və digər etnik azlıqların nümayəndələri də müsabiqəyə qatılıblar.

 

Bu gün keçirilən görüşdə çıxış edən Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin birinci müavini Ketevan Tsixelaşvili, İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektor müavini Merab Eliaşvili esse qaliblərini təbrik ediblər.

 

Müsabiqədə iki  azərbaycanlı tələbə esse yazı müsabiqəsində qalib olub. Sonda digər qaliblər kimi İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələr Xalid Muradov və Tural Naziyevə nazirliyin mükafatı və kompüter verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar