Terrorçularla qanlı toqquşma: 42 ölü, 19 yaralı
21 iyul 2014 14:59 (UTC +04:00)

Terrorçularla qanlı toqquşma: 42 ölü, 19 yaralı

0

Əfqanıstanın Faryab bölgəsində təhlükəsizlik xidmətinin əməkdaşları ilə “Taliban” yaraqlıları arasında güclü atışma olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində  42 nəfər həyatını itirib.

 

Yerli hüquq-mühafizə orqanlarının açıqlamasında qeyd olunur ki, ölənlərdən 29-u terrorçu, 9 nəfəri təhlükəsizlik xidmətinin əməkdaşı, 4 nəfər isə mülki sakin olub.

 

16 yaraqlının və eləcə də 3 polis əməkdaşının da ağır yaralandığı bildirilir. Qarşıdurma nəticəsində bölgə sakinlərinin çoxu evlərini tərk edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1352

Oxşar yazılar