Əfqanıstanda "Taliban"la hökumət qüvvələri arasında baş verən toqquşmalarda 260 terrorçu öldürülüb. Lent.az-ın məlumatına görə, Əfqanıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, terrorçular Hilmend vilayətində təhlükəsizlik qüvvələrinə qarşı hücuma keçib. Toqquşmalar zamanı 28 əsgər həlak olub. 260 terrorçu isə məhv edilib.
Qeyd edək ki, iyunun 26-dan etibarən "Taliban" terror qruplaşması Əfqanıstan təhlükəsizlik qüvvələrinə genişmiqyaslı hücumlar həyata keçirir. Həmin gün 800 terrorçu hərbçilərə hücum edib.
Ötən ay ABŞ prezidenti Barak Obama Əfqanıstanda olan ABŞ qoşunlarının 2016-cı ilin sonuna qədər ölkədən çıxarılacağını bəyan edib.
Terrorçular hücuma keçdi: 286 ölü
0
0
0
0