Terror aktları qurbanlarının sayı 80 faiz artıb - <span style="color:red;"><b>HESABAT</b>
17 noyabr 2015 05:37 (UTC +04:00)

Terror aktları qurbanlarının sayı 80 faiz artıb - HESABAT

0

2014-cü ildə terror aktları qurbanlarının sayı 2013-cü illə müqayisədə 80 faiz artıb.

 

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) Qlobal Terrorism İndeksi adlı hesabatında deyilir.

 

Qurumun məlumatına görə, 2014-cü ildə törədilən terror aktları nəticəsində 32 658 nəfər ölüb. Müqayisə üçün, 2000-ci ildə  3 min 329 nəfər terrorizmin qurbanı olub.

 

Ən çox insan həyatı aparan terror aktları Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriyada qeydə alının. Bu 5 ölkənin payına dünyada baş verən terror aktlarının 78 faizi düşür. İlk onluğa həmçinin Hindistan, Yəmən, Somali, Liviya və Tailand daxildir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar