Telafar şəhərində girov götürülmüş general Mövsüm əl-Validi, 17 zabit və 100-ə yaxın əsgər Mosul şəhərində edam olunacaq. Lent.az-ın İraqdakı əməkdaşının verdiyi xəbərə görə, artıq bu barədə İŞİD tərəfindən Mosul şəhər sakinlərinin telefonuna mesaj göndərilib. Mesajda konkret olaraq bildirilir ki, edamı görmək üçün hər kəs meydanda olmalıdır.
Edam təxminən 2 saat sonra baş tutacaq.
Qeyd edək ki, general Mövsüm əl-Validi və digərləri İŞİD qüvvələrinin Telafar şəhərinə hücumu zamanı əsir götürülüb.