Suriyada kimyəvi hücumun fəsadı: 355 nəfər ölüb,daha 3600-ü əzab çəkir
25 avqust 2013 04:40 (UTC +04:00)

Suriyada kimyəvi hücumun fəsadı: 355 nəfər ölüb,daha 3600-ü əzab çəkir

0

Suriyada kimyəvi hücumun fəsadı: 3600 zərər çəkir, 355-i ölüb

«Sərəhədsiz həkimlər» beynəlxalq humanitar təşkilatı Suriyada baş vermiş kimyəvi silahla hücumun qurbanlarına dair bildiriş yayıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, təşkilatın Dəməşqdə dəstəklədiyi üç xəstəxanaya neyrotoksik simptomlar 3600-ə yaxın pasient gətirilib.

 

Xəbərdə bildirilib ki, onların 355-i artıq vəfat edib.

 

 

Müxalifət hakimiyyətin kimyəvi silah tətbiqi nəticəsində yüzlər insanın öldüyünü bildirib.

 

Avqustun 24-də BMT –nin yüksək vəzifəli diplomatı Acelay Keyn Dəməşqə səfər edib. O, ehtimal olunan kimyəvi hücum olayının yerindəcə araşdırılmasının vacibliyinə Bəşar Əsəd rejiminin inandırmaq niyyətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 880

Oxşar yazılar