***
23.19
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Somadakı faciədən sonra aparılan xilasetmə işlərindən danışıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, daha bir fəhlənin cəsədi uçqun altından çıxarılıb. Bunla da ölənlərin sayı 283-ə çatıb.
“Hazırda xəstəxanalarda 3 xəstəmiz qalıb. O biriləri xəstəxanalardan çıxarılıb. Onların həyatı üçün təhlükə yoxdur”-deyə, nazir mədəndəki yanğınla bağlı açıqlama verib.
Nazir deyib: “Yanğın tamamilə sönməyib. Ancaq böyük bir hissəsi söndürülüb. İşçi qardaşlarımızın cənazələrini ailələrinə verəcəyik.
“Məsuliyyət daşıyanların göz yaşlarına baxmayacağıq ”- demişdim. İlkin olaraq, inzibati istintaqa başlamışıq ”.
Onun sözlərinə görə, 114 mədən ocağı bağlanılıb.
***
22.01
Soma faciəsinin yaşadığı daş kömür mədənində yanğın söndürülüb. Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, mədən dəm qazından təmizlənib. Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirmək üçün şaxtaya daxil olub.
***
10.53
Türkiyənin Manisa əyalətinin Soma şəhərindəki mədəndə ölənlərin sayı artmaqda davam edir. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ölən insanların sayının 282-yə qalxdığını bildirib: “Saat 08.00-ə (Bakı vaxtilə saat 10.00) olan nəticələrə görə, 282 nəfər işçi dünyasını dəyişib. Axşama kimi onların cənazəsini ailələrinə verməyə çalışacağıq. Xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərində 500 nəfərlik briqada çalışır”.
T.Yıldız mədəndən 12 saat ərzində sağ çıxarılan işçinin olmadığını, faciədə ölənlərdən 217 nəfərin cənazəsinin ailələrinə təhvil verildiyini də qeyd edib.
Səhiyyə naziri Mehçet Müəzzinoğlu isə xəstəxanalarda 27 xəstənin olduğunu, sağlıq durumu qənaətbəxş olanların isə evə buraxıldığını söyləyib.