Şirkət direktorunu öldürənlərdən biri Azərbaycan vətəndaşıdır - <span style="color:red;">RƏSMİ  - <span style="color:red;">YENİLƏNİB
03 dekabr 2014 18:19 (UTC +04:00)

Şirkət direktorunu öldürənlərdən biri Azərbaycan vətəndaşıdır - RƏSMİ - YENİLƏNİB

0

Sankt-Peterburqda Azərbaycan vətəndaşı tərəfindən qətlə yetirilən şirkət direktoru ilə bağlı yeni məlumatlar açıqlanıb. Lent.az-ın məlumatına görə, "Coca Cola"nın yerli nümayəndəliyinin rəhbəri olan Dmitri Soşnevin qətli ilə bağlı aparılan istintaqın ilkin nəticələrinə görə, hadisəyə səbəb narkotik olub.


İddia edilir ki, uzun müddət narkotik vasitə istifadəçisi olan D.Soşnev lüləsi və qundağı kəsilmiş ov tüfəngi ilə öldürülüb. Direktora psixotrop maddələrlə təmin edən 46 yaşlı Vyaçeslav Finoqenov və daha əvvəllər məhkum olunmuş, Azərbaycan vətəndaşı, 28 yaşlı Denisa Çxitauri varlı müştərilərini öldürərək onun pullarını və avtomobilini ələ keçirmək istəyiblər. Məhz buna görə də onlar plan quraraq D.Seşnovu öldürüblər. Maraqlıdır ki, cinayətkarlar Seşnovun harada işlədiyini dəqiq bilməyib.



Qeyd edilir ki, noyabrın 28-də yoxa çıxan D.Soşnevin ailəsi ayın 30-da polisə müraciət edib. Müraciət əsasında aparılmış araşdırmalar nəticəsində iş adamının qətlə yetirildiyi üzə çıxıb və cinayətkarlar bu gün tutulub.


Qeyd edək ki, D.Soşnev ailəli olub. Onun bir qızı və bir oğlu qalıb.

 

 

*****

 

16:41

 

Sankt-Peterburqda "Coca-Cola" şirkətinin yerli nümayəndəliyinin direktorunun ölümündə şübhəli bilinən şəxslər tutulub. Lent.az-ın məlumatına görə, onlar 46 yaşlı Vyaçeslav Finoqenov və Azərbaycan vətəndaşı, 28 yaşlı Denisa Çxitauridir.

 

Bildirilir ki, hadisə noyabrın 28-də baş verib. Belə ki, V.Finoqenov əldəqayırma silahla Dmitri Soşnevi güllələyib. Olay dəstə üzvlərinin iş adamı ilə görüşü zamanı baş verib. Qətldən sonra qatillər meyitin üstünü axtarıb və 150 min rubl (2400 manat) və "BMW" markalı avtomobilinin sənədlərini götürüblər.

 

Məlum olub ki, 37 yaşlı D.Soşnev narkotik vasitə aludəçisidir. Qətli törədənlər isə şirkətin dilerləridir. Hadisə isə tərəflər arasındakı hələlik dəqiqləşməmiş səbəbdən yaranmış mübahisə zəminində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar