Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya arasında uzun müddət bağlı qalan “qaynar xətt” bu gün 9:30-da açılıb.
Lent.az-ın ria.ru-ya istinadən məlumatına görə, xəttin açılmasında məqsəd KXDR nümayəndə heyətinin Pxençxandakı Olimpiya Oyunlarında iştirakının mümkünlüyünü müzakirə edilməsidir. Kim Çen In Cənubi Koreyanın nümayəndə heyətinin iştirakı ilə sülh təklifinə verdiyi dəstəyi alqışladığını bildirib.