Sergey Şoyqunun olduğu hərbi təyyarə Polşa tərəfinə mülki təyyarə kimi təqdim olunub
29 avqust 2014 22:53 (UTC +04:00)

Sergey Şoyqunun olduğu hərbi təyyarə Polşa tərəfinə mülki təyyarə kimi təqdim olunub

0
Sergey Şoyqunun təyyarəsinin Polşa üzərindən uçuşuna qadağaya səbəb reysin statusunun razılaşdırılmaması olub 
 
Polşa göyərtəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqunun olduğu hərbi təyyarənin ölkə üzərindən uçuşuna qadağanın səbəbini açıqlayıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu  “RİA Novosti”yə  Polşa Silahlı Qüvvələrin komandanlığının mətbuat katibi Pyotr Valatek bildririb.  Onun sözlərinə görə, Sergey Şoyqunun olduğu təyyarə mülki təyyarə kimi təqdim olunub, hərbi təyyarənin uçuşuna dair müraciət isə azı 3 gün əvvəl təqdim olunmalıdır.   
  
“Rusiyanın müdafiə nazirinin təyyarəsinin Polşa üzərindən uçuşuna qadağaya səbəb səhv razılaşdırılma olub: hərbi təyyarə mülki təyyarə kimi təqdim olunub”, deyə Valatek qeyd edib. 
 
Polşanın “Rar” agentliyinin məlumatına görə, Valatek həmçinin əlavə edib ki, təyyarənin  uçuşuna qadağaya səbəb pilotun səhvi olub. Onun sözlərinə görə, hərbi təyyarənin uçuşu ilə bağlı müraciət  azı 3 gün əvvəl təqdim olunmalıdır.  
 
“Hazırda Rusiyanın müdafiə nazirinin təyyarəsinin statusu “hərbi”dən “mülki”yə dəyişdirilib. Təyyarə artıq Polşa üzərindən uça bilər. Hərbi qurumla hər-hansı əlavə razılaşdırılmaya ehtiyac yoxdur”, deyə Valatek bildirib. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1024

Oxşar yazılar