Salvadorda buraxılış bayramı faciə ilə nəticələndi: 8 nəfərlik ailə qətlə yetirildi
26 noyabr 2014 04:42 (UTC +04:00)

Salvadorda buraxılış bayramı faciə ilə nəticələndi: 8 nəfərlik ailə qətlə yetirildi

0

Salvadorda gecə saatlarında buraxılışla əlaqədar təşkil olunmuş bayram tədbirində naməlum silahlı şəxslər 8 nəfərdən ibarət bir ailəni qətlə yetiriblər.  

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, bayram şənliyi Sonsonate əyalətinin Santa Emiliya rayonunda, evlərin birində keçirilmiş.  Gecə saatlarında 4 naməlum  silahlı şəxs  evə hücum edərək, biri qadın olmaqla 8 nəfəri qətlə yetiriblər.   

 

Yerli mətbuat öldürülən şəxslərin Salvadorun kriminal aləmi ilə əlaqəli olduğunu ehtimal edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat həyata keçirir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 795

Oxşar yazılar