Ukrayna hakimiyyəti rusiyalı foto-reportyor Yuri Barabaşa 2018-ci ilədək ölkə ərazisinə daxil olmağı yasaqlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə,onu Ukrayna sərhədində sərhədçilər qatardan düşürüblər.
Ukraynanın təhlükəsizlik xidməti xəbəri şərhdən imtina edib. Jurnalistlərin qənaətincə, Barbaş bu ölkədə keçirilən etiraz aksiyalarının fotosunu çəkdiyi üçün belə cəzalandırılıb.
«Uakryanskaya pravda»-nın yazdığına əsasən, Y.Barbaş Ukraynanın «Tempora» nəşriyyatında işləyib.