Rusiyada vertolyot qəzası: ölənlər var
29 noyabr 2015 15:37 (UTC +04:00)

Rusiyada vertolyot qəzası: ölənlər var

0

 Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində “AS-350” vertolyotu qəzaya uğrayıb.

 

APA-nın xəbərinə görə, RusiyaDaxili İşlər Nazirliyi Regional İdarəsinin saytında yerləşdirilən  məlumatda bildirilir ki, noyabrın 29-da qəzaya uğrayan vertolyotun göyərtəsində beş nəfər olub. Onlardan dördü ölüb, bir nəfərin aqibəti isə məlum deyil.

 

Tümen şəhərindən Xantı-Mansiyskə uçan vertolyot neft şirkətlərindən birinin əməkdaşlarını Surqut rayonundakı yatağa aparırmış.  

 

İlkin məlumata görə, “Skol” aviaşirkətinə məxsus vertolyot qəza nəticəsində kiçik hissələrə parçalanıb.

 

Hazırda qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar