Rusiya XİN-dən ŞOK AÇIQLAMA: ABŞ briqadası Ukraynadadır
05 mart 2015 15:29 (UTC +04:00)

Rusiya XİN-dən ŞOK AÇIQLAMA: ABŞ briqadası Ukraynadadır

0
Rusiya Xarici İşlər Nazirliyində ABŞ hərbçilərinin artıq Ukrayna ərazisində olduqları barədə məlumat var.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bəyan edib.

 
"Məlumat var ki, artıq ABŞ-ın hava-desant briqadasının 173 hərbçisi Lvov vilayətinin Yavorskiy poliqonundadır. Onlar ukraynalı hərbçilərə silahla davranma qaydalarını öyrədəcəklər", - deyə A. Lukaşeviç bildirib. 

 

Qeyd edək ki, ABŞ mart-oktyabr aylarında Ukraynaya 300 hərbçi göndərməyi planlaşdırır.  

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar