Misirdə Ana yasa referendumu ilə bağlı səsvermənin ikinci turu, həlledici mərhələsi dekabrın 22-də başa çatıb.
Lent.az-ın «
Mənbənin məlumatına əsasən, bülletenlərin 95,5 faizi sayılıb. «Müsəlman qardaşları» təmsilçisinin qənaətincə, iki turun nəticələrinə görə konstitutsiya 60 faizdən çox səs toplayıb.
Dekabrın 15-də keçirilən birinci turda yeni Əsas Qanun layihəsinə 56 faiz seciçi səs vermişdi.
İkinci turda səsverməyə gələnlərin sayını az, 30 faiz (25 milyon səs vermə hüquq olanın 8 milyonu) olduğu da qeyd edilib.
Əsas müxalifət, Milli Qurtuluş Cəbhəsi «Müsəlman Qardaşları» hərəkatının nəticələri ilə razılaşmadıqlarını, səsvermə zamanı çoxsaylı qanun pozuntularının olduğunu bəyan ediblər.
Rəsmi nəticələr dekabrın 24-də elan olunacaq.
Yeni Ana Yasa qəbul edilərsə, o zaman 2013-cü ildə Misirdə yeni parlament seçkiləri keçiriləcək.