1941-ci ildən etibarən Türkiyədəki kömür və digər mədən ocaqlarında uçqun, yanğın və digər səbəblərə görə baş vermiş qəzalarla bağlı 3 mindən çox insan ölüb. Baş vermiş qəzalarda isə 100 mindən çox insan yaralanıb.
Ölkədə ən böyük mədən faciəsi 1992-ci ildə baş verib. Zonquldağın Kozlu bölgəsində Türkiyə Daş Kömürü Müəssisəsinin nəzdində fəaliyyət göstərən kömür mədənində grizu partlayışı (metan qazının hava ilə qarışması – red.) nəticəsində baş verən partlayışda 263 işçi ölüb.
Türkiyə Statistika Komitəsinin keçən ilin mart ayında açıqladığı hesabata görə Türkiyədə iş qəzalarının ən çox yaşandığı sahə kimi mədən və daş kömür sənayesi müəyyən edilib. Keçən il iş qəzalarının 10, 4 faizi mədən və daş kömür sektorunda baş verib.
Lent.az Türkiyədə indiyə qədər baş vermiş bəzi mədən qəzalarının siyahısı təqdim edir:
7 Mart 1983: Armudcuqda qrizu partlayışı (103 ölü).
10 Aprel 1983: Kozluda qrizu partlayışı (10 ölü).
31 Yanvar 1987: Qozluda çökmə (8 ölü).
31 Yanvar 1990: Bartinin Amasra bölgəsində qrizu partlayışı (5 ölü).
7 Fevral 1990: Amasiya Yeni Çəltikdə qrizu partlayışı (68 ölü).
3 Mart 1992: Kozluda qrizu partlayışı (263 ölü).
26 Mart 1995: Yozqatın Sorqun bölgəsində qrizu partlayışı (37 ölü).
22 Noyabr 2003: Qaramanın Ermenek bölgəsində qrizu partlayışı (10 ölü).
8 Sentyabr 2004: Kastamonunun Küre bölgəsində yanğın (19 ölü).
2 İyun 2006: Balıqəsirin Dursunbəy bölgəsində qrizu partlayışı (17 ölü).
10 Dekabr 2009: Bursanın Mustafakamalpaşa bölgəsində qrizu partlayışı (19 ölü).
17 May 2010: Zonquldağda qrizu partlayışı (30 ölü).
8 Yanvar 2013: Kozluda qrizu partlayışı (8 ölü)
Dünən Türkiyənin Manisa əyalətinin Soma şəhərindəki mədəndə baş vermiş qəza nəticəsində 205 nəfər həlak olub.