Putin nəvələri olduğunu ilk dəfə etiraf etdi: "Onları sevirəm, amma..."
10 iyun 2017 20:15 (UTC +04:00)

Putin nəvələri olduğunu ilk dəfə etiraf etdi: "Onları sevirəm, amma..."

0

Rusiya prezidenti Vladimir Putin  şəxsi həyatı ilə bağlı maraqlı bir detalı ilk dəfə açıqlayıb. Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, Rusiya lideri amerikalı məşhur rejissor Oliver Stouna verdiyi müsahibəsində nəvələrinin olduğunu ilk dəfə etiraf edib. 

 

Putin nəvələrini çox sevdiyini, lakin  onlara vaxt ayıra bilmədiyini deyib: "Nəvələrimi sevirəm. Ancaq onlarla oynamağa kifayət qədər vaxt tapa bilmədiyimi etiraf eləməliyəm".

 

Qeyd edək ki, Oscar mükafatlı rejissorun Putindən götürdüyü müsahibənin bir hissəsi CNN kanalında yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar