Poroşenko rəsmən Ukrayna PREZİDENTİDİR
02 iyun 2014 19:31 (UTC +04:00)

Poroşenko rəsmən Ukrayna PREZİDENTİDİR

0
 Ukrayna Mərkəzi Seçki Komissiyası mayın 25-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb.

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, MSK Pyotr Poroşenkonu rəsmən Ukrayna prezidenti elan edib. O, 54,7% (9 milyon 857 min 308) səs toplayıb. Yekun protokolu MSK-nın 15 üzvünün hamısı imzalayıb. 

 

İyunun 7-də P. Poroşenkonun andiçmə mərasiminin keçirilməsi gözlənilir. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 963

Oxşar yazılar