Zorlamalarda təqsirli bilinən Oklahoma ştatının keçmiş polis zabiti 263 il həbs cəzasına məhkum edilib. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, ittihama əsasən, 29 yaşlı polis əməkdaşı xidmətdə olduğu zaman dəfələrlə qaradərili qadınlara qarşı seksual xarakterli cinayətlər törədib.
Məhkəmə ötən gün Deniel Xoltsklounu 4 zorlama hadisəsi və digər 14 epizod üzrə təqsirli hesab edərək 263 il həbs cəzasına məhkum edilib.