Pakistanın ardınca Yəməndə UŞAQ QƏTLİAMI
16 dekabr 2014 21:58 (UTC +04:00)

Pakistanın ardınca Yəməndə UŞAQ QƏTLİAMI

0

Yəməndə iki avtomobilin partladılması nəticəsində 25 nəfər ölüb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Reuters məlumat yayıb.

 

Terror aktı Əl Beydə əyalətində törədilib. Məlumata görə, birinci avtomobilin partladılması nəticəsində 15 uşaq ölüb. Onların hamısının partlayış baş verən an ərazidən keçən məktəb avtobusunda olduğu bildirilir.

 

İkinci partlayışın vəzifəli şəxsin evinin yaxınlığında törədilib.   

 

Bundan əvvəl “Əl Qaidə” silahlılarının Huti qəbiləsinə hücumu nəticəsində 6 nəfər ölüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar