Pakistanda terror aktı nəticəsində 4 hərbçi öldü, 4-ü yaralandı
08 iyun 2019 11:43 (UTC +04:00)

Pakistanda terror aktı nəticəsində 4 hərbçi öldü, 4-ü yaralandı

0
Pakistanın şimal-qərbində yerləşən Şimali Vəziristan bölgəsində bomba partlaması nəticəsində ən azı 4 hərbçi həlak olub, daha 4-ü yaralanıb.
 
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb. 
 
Məlumata görə, terrorçular hərbçilərin olduğu avtomobili partladıb. 
 
Hücuma görə heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib. 
 
Qeyd edək ki, son bir ayda Pakistanda törədilən terror hücumları nəticəsində 10 təhlükəsizlik əməkdaşı həyatını itirib, 35-i isə yaralanıb. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 872

Oxşar yazılar