Pakistanın liman şəhəri olan Karaçidə iki etnik qrup arasında silahlı insident baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, silahlı toqquşma 14 nəfərin ölümünə, 39 nəfərin isə yaralanmasına səbəb olub. Ölənlərdən ikisinin uşaq, dördünün isə qadın olduğu bildirilir.
Onu da qeyd edək ki, adıçəkilən şəhərdə hər il yüzlərlə adam etnik qarşıdurmaların qurbanı olurlar.