Pakistanda dəhşətli qəza: <span style="color:red;">çox sayda ölən və yaralananlar var
11 iyul 2019 08:55 (UTC +04:00)

Pakistanda dəhşətli qəza: çox sayda ölən və yaralananlar var

0
 
Pakistanın şimal-şərqində yerləşən Pəncəb əyalətində sərnişin və yük qatarları toqquşub.
 
APA “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 9 nəfər həlak olub, 67 nəfər yaralanıb. 
 
Yerli hökumət rəsmilərinin sözlərinə görə, Rəhimər-Xan şəhəri ərazisində hərəkətdə olan sərnişin qatarı tam sürətlə dayanmış vəziyyətdə olan yük qatarına çırpılıb. 
 
Yaralılardan 11-nin uşaq olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
 
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar