Ordu ilə seperatçılar razılığa gəldi - UKRAYNADA
02 dekabr 2014 10:43 (UTC +04:00)

Ordu ilə seperatçılar razılığa gəldi - UKRAYNADA

0
Ukrayna ordusu və Luqansk separatçıları arasında Rusiyanın və ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlarda dekabrın 5-dən etibarən bütün cəbhə boyu atəşin dayandırılması barədə razılıq əldə edilib.

 

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, ATƏT-in Ukraynadakı müşahidə missiyası noyabrın 29-da keçirilən görüşdə Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Vladimir Əsgərov, Rusiya ordusunun general-leytenantı Aleksandr Sentsov, eləcə də qondarma “Luqansk Xalq Respublikası”nın nümayəndələrinin və ATƏT müşahidəçilərinin iştirak etdiyini açıqlayıb. Razılığa əsasən dekabrın 6-dan etibarən ağır hərbi texnika ön cəbhədən çıxarılmalıdır.    

 

Qeyd edək ki, ATƏT və Rusiyanın iştirakı ilə sentyabrın 5-də Minskdə atəşkəs barədə saziş imzalanıb. Lakin Donetsk və Luqanskda separatçıların keçirdikləri “seçki”lərdən sonra vəziyyət yenidən gərginləşib və lokal toqquşmalar başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 652

Oxşar yazılar