ABŞ prezidenti Barak Obama Ağ Evdə müsəlmanlar üçün növbəti dəfə iftar verib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi saytı xəbər yayıb.
İftar süfrəsində ABŞ-dakı müsəlman cəmiyyətinin nümayəndələri, fərqli inanclara mənsub liderlər, Birləşmiş Ştatlardakı səfirlər iştirak edib.
Müsəlman aləmini təbrik edən Obama daha çox diqqəti İsrail-Fələstin arasında gedən döyüşlərə yönəldib.