Obama Rusiyanı sərt şəkildə TƏNQIİD ETDİ
17 fevral 2016 11:26 (UTC +04:00)

Obama Rusiyanı sərt şəkildə TƏNQIİD ETDİ

0

"Rusiya özünü bataqlığa salacaq demişdim”.

 

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumatına görə, bunu  ABŞ prezidenti Obama  deyib. O, ABŞ ilə Cənub-Şərqi Asiya Millətlər Birliyi ölkələrinin (ASEAN) liderlərinin sammitindən sonra keçirdiyi mətbuat konfransında Rusiyanı sərt şəkildə tənqid edib.

Obama Putin hakimiyyətini hədələməkdən belə çəkinməyib:

 

“Bir ovuc müxalifət təbii ki, dünyanın ən böyük ikinci ordusunun silahları qarşısında bir şey edə bilməz. Ancaq ölkənin dörddə üçü hələ də Əsədin nəzarəti altında deyil və bu, qısa zamanda dəyişməyəcək”.

ABŞ prezidentinin Rusiyaya başqa bir xəbərdarlığı da oldu. Belə ki, prezident rəsmi Moskvanın Suriyanı tamamilə işğala hazırlanmaq üçün xeyli pul ayırdığını deyərək, bunun onlar üçün çox baha başa gələcəyini bildirdi: “Bu iş üçün xeyli maliyyə gərəkdir. Rusiyanın iqtisadiyyatının hazırkı vəziyyətinə baxdıqda bu, yəqin ki, Rusiya üçün o qədər sərfəli olmayacaq”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar