Novosibirskdə 9 azərbaycanlıya hökm oxunub - QƏTL
03 iyun 2015 10:30 (UTC +04:00)

Novosibirskdə 9 azərbaycanlıya hökm oxunub - QƏTL

0
Novosibirsk vilayət məhkəməsi mütəşəkkil qrup şəklində cinayət törədən 9 azərbaycanlıya hökm oxuyub.

 

APA-nın “novospress.ru” saytına istinadən verdiyi məlumata görə, regional prokurorluğun bu barədə yaydığı xəbərdə bildirilir ki, 2010-2011-ci illərdə xarici vətəndaşlar Novosibirsk vilayətində yaşayan həmyerlilərini şantaj etməklə məşğul olublar. Bundan başqa, azərbaycanlılar pul almaq məqsədilə biznesmenləri girov götürmək və 5 nəfəri öldürmək cəhdində təqsirli bilinirlər. Soyğunçuluq fəaliyyətləri zamanı müxtəlif vaxtlarda yoldan təsadüfən keçən şəxslərin və hücum təşkil etdikləri “Kuri-qril” köşkünün satıcısının yaralanmasına da səbəb olublar.

 

Xatırladaq ki, kəllə -beyin travması alan müttəhimlərdən biri cinayət cəzasından məhrum olaraq məcburi müalicəyə göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar