Moskvada "Bumer" həyəcanı: son 15 gündə tıxaclarda qalan maşınlardan 57 milyon pul aparıldı
13 dekabr 2014 13:09 (UTC +04:00)

Moskvada "Bumer" həyəcanı: son 15 gündə tıxaclarda qalan maşınlardan 57 milyon pul aparıldı

0

 

Moskvanın mərkəzində soyğunçular investisiya şirkətinin əməkdaşının 25 milyon pulunu aparıblar. APA TV-nin "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə Smolensk küçəsində gündüz vaxtı qeydə alınıb. Bildirilir ki, bir neçə nəfər qəfildən tıxac səbəbindən ləng hərəkət edən "Toyota"ya yaxınlaşıb, avtomobilin şüşələrini sındırıblar. Sükan arxasında olan 43 yaşlı şəxs bütün bunların bir anın içində baş verdiyindən özünü itirib. Soyğunçular avtomobilin içərisindən külli miqdarda pul olan çantanı götürüb aradan çıxıblar. Hadisə şahidləri onların "BMW" markalı maşına mindiklərini deyiblər. Faktla bağlı cinayət işi açılıb. Xatırladaq ki, bu Rusiya paytaxtında son 15 gündə baş verən ikinci analoji hadisədir. Təxminən iki həftə əvvəl oxşar hadisə Moskvanın Lyublinsk küçəsində qeydə alınıb. Həmin vaxt avtomobildən içərisində 32 milyon pul olan iki çanta aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar