APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 12.38-də baş verən hadisə nəticəsində 3 nəfər ölüb.
Qeyd olunur ki, Moskva-Kişinyov marşrutu ilə hərəkət edən sərnişin qatarı Naro-Fominsk yaxınlığında yük qatarı ilə toqquşub. Hazırda yaralıların sayı dəqiqləşdirilir.