
Tramp ötən gün ABŞ-ın İrana aviazərbə endirməyə hazırlaşdığını təsdiqlədi
ABŞ prezidenti Donald Tramp ötən gün 3 İran obyektinə zərb endirmək əmrini verməyə hazır olduğunu açıqlayıb.
APA-nın xəbərinə görə, bu barədə o, rəsmi “Twitter” səhifəsində yazıb.
“Biz ötən gün cavab zərbəsi endirməyə hazır idik. Nə qədər insanın öləcəyini soruşduqda, general mənə 150 nəfərlik itkinin olacağını bildirdi. Zərbənin endirilməsinə 10 dəqiqə qalmış mən dayanmaq əmrini verdim. Ötən gündən İrana qarşı yeni sanksiyalar tətbiq etməyə başlamışıq. İran heç zaman nüvə silahına sahib olmayacaq”, - deyə Donald Tramp qeyd edib.
Ötən gün İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu bəyan edib. İran tərəfinin açıqlamasına görə, dron ölkənin hava məkanını pozub. ABŞ Mərkəzi Komandanlığı uçuş aparatının vurulduğunu təsdiqləyib.
Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
23 iyun 2025 , 09:54
İranda PUA zavoduna hücum planlaşdıran ukraynalılar tutuldu
23 iyun 2025 , 09:41
Tramp: İranda bütün nüvə obyektləri məhv edildi
23 iyun 2025 , 07:38
Kolumbiyada 57 hərbçi girov götürüldü
23 iyun 2025 , 05:31
İsrail Tehrandakı hərbi obyektlərə zərbələr endirir
23 iyun 2025 , 00:04
İsrailin İranı VURDU: SEPAH-ın yeddi hərbçisi öldürüldü
22 iyun 2025 , 22:10
Dəməşqdə kilsədə TERROR: 25 nəfər öldü, onlarla yaralı var-VİDEO
22 iyun 2025 , 20:43