Miqrantlara məxsus mağazalar talan edildi- <span style="color:red;">CAR-da
27 fevral 2017 21:49 (UTC +04:00)

Miqrantlara məxsus mağazalar talan edildi- CAR-da

0

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yüzə yaxın şəxs miqrantlara məxsus ticarət obyektlərini talan edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin səbəbi və talan edilən mağazaların sayı açıqlanmır.

 

Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı, daha bir neçə nəfərin axtarışda olduğu bildirilir.

 

Fevralın 24-də, CAR-ın Pretoriya şəhərində miqrantlara qarşı kütləvi aksiyalar keçirilib. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, 150 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar