Minalanmış avtomobil partladıldı: <span style="color:red;">60 ölü  - YENİLƏNİB
06 mart 2016 17:20 (UTC +04:00)

Minalanmış avtomobil partladıldı: 60 ölü - YENİLƏNİB

0

 İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 60 nəfər həlak olub.

 

APA-nın “Press” TV-yə istinadən verdiyi məlumata görə, maşın polis postu yaxınlığında partladılıb.

 

Bundan başqa, Əbu-Qreyb şəhərində və daha bir yaşayış məntəqəsində də partlayışlar törədilib. Bu partlayışlarda isə 4 nəfər ölüb.

 

Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.   

 

Qeyd edək ki, BMT-nin məlumatına görə, bu ilin fevral ayında İraqda törədilən terror aktlarında 670 nəfər həlak olub, 1000-dən çoxu yaralanıb. Ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar