Milad bayramında terror törətmək istəyən şəxs tutuldu - FOTO
23 dekabr 2017 04:43 (UTC +04:00)

Milad bayramında terror törətmək istəyən şəxs tutuldu - FOTO

0

ABŞ təhlükəsizlik qüvvələri San-Fransiskoda terror aktı törətməyi planlaşdıran şəxsi saxlayıblar.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Everit Ceymson adlı şəxs Milad bayramı zamanı əhalinin sıx toplaşdığı yerlərdən birində avtomobili kütlənin üzərinə sürmək istəyib.

 

Federal Təhqiqatlar Bürosunun məlumatına əsasən, saxlanılan şəxs terror hücumu etmək üçün həmçinin silah və partlayıcı qurğulardan istifadə etməyi planlaşdırıb.

 

Qeyd olunur ki, 26 yaşlı E.Ceymson terror aktı törətmək niyyətində olduğunu etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar