Merkel Trampa cavab verdi: “Avropanın taleyi avropalıların öz əlindədir”
17 yanvar 2017 07:47 (UTC +04:00)

Merkel Trampa cavab verdi: “Avropanın taleyi avropalıların öz əlindədir”

Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Avropa İttifaqının parçalanmasına dair səsləndirdiyi fikrə münasibət bildirib.

 

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” xəbər verib.

 

“Fikrimcə, Avropanın taleyi avropalıların öz əlindədir. Əminəm ki, biz birgə olacağıq”, deyə A.Merkel bildirib.

 

O həmçinin Trampın onunla tanış olmadığı barədə sözlərini cavablandırıb: “Mən ABŞ prezidentinin inauqurasiyasını gözləyirəm. Sözsüz ki,  Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi biz ABŞ-ın yeni administrasiyası ilə bütün mümkün səviyyələrdə əməkdaşlıq edəcəyik”.

 

Qeyd edək ki, ötən gün ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar