Maskalı şəxslər banka hücum edib 1 milyon apardı - MOSKVADA
19 fevral 2015 13:01 (UTC +04:00)

Maskalı şəxslər banka hücum edib 1 milyon apardı - MOSKVADA

0

Moskvada iki naməlum silahlı şəxs kommersiya bankına basqın edib.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, nəticədə 1 milyon rubl məbləğində vəsait qarət olunub.

 

“İki maskalı şəxs banka girərək, xanım əməkdaşı silahla təhdid edib və ondan kassadakı pulları verməyi tələb ediblər”, - deyə Moskva polisindən bildiriblər.

 

Basqınçılar “Jiquli” markalı avtomobillərdə hadisə yerindən uzaqlaşıblar. Həmin avtomobillər sonradan atılmış vəziyyətdə tapılıb.

 

Faktla bağlı cinayət işi açılıb, axtarış tədbirləri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar