Mahaçqalanın Sovetski rayonunda ötən gün “əməliyyat-döyüş tədbirləri” ilə əlaqədar olaraq elan olunmuş antiterror əməliyyat rejimi ləğv olunub
Lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, antiterror əməliyyat rejimi ötən gün yerli vaxtla 22.00-da dayandırılıb. Rusiya Milli Antiterror Komitəsinin məlumatına görə, Mahaçqalanın Ömərov küçəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində 2 silahlı məhv edilib.