Şimali Koreya Yapon dənizi istiqamətində növbəti dəfə ballistik raketin atışını həyata keçirib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, raket atışı Cənubi Koreya tərəfindən qeydə alınıb.
“Rönhap” agentliyi bildirir ki, raket atışı Yapon dənizində olan sualtı qayıqdan həyata keçirilib. Raket 500 km məsafəni qət edib.
Qeyd edək ki, BMT TŞ-nin qadağasına baxmayaraq Şimali Koreya cari ildə dəfələrlə ballistik raketlərin atışını həyata keçirib. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin bəyanatına əsasən, raket atışı yerli vaxtla 05.30-da (Bakı vaxtı ilə 01.00 radələrində) Xamgen-Namdo əyaləti, Sinpxo liman şəhərinin yaxınlığından həyata keçirilib.