Konqoda kütləvi qətliam: 30 nəfərin meyiti tapıldı
14 avqust 2016 14:37 (UTC +04:00)

Konqoda kütləvi qətliam: 30 nəfərin meyiti tapıldı

0

Konqo Demokratik Respublikasında 30 mülki şəxs kütləvi şəkildə qətlə yetirilib.

 

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə şənbə günündən bazar gününə keçən gecə Şimali Kiva əyalətinin Beni şəhərində baş verib.

 

Dinc sakinlərin Demokratik Qüvvələr İttifaqı -  Uqandanın Milli Azadlıq Ordusu tərəfindən qətlə yetirildiyi ehtimal edilir.  Konqo ordusunun təmsilçisi leytenant Mak Azukay mülki şəxslərin cəsədlərinin hərbçilər tərəfindən aşkarlandığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar