Koalisiya təyyarələri Suriyanı bombaladı - [b]dinc sakinlər öldü[/b]
13 may 2017 03:28 (UTC +04:00)

Koalisiya təyyarələri Suriyanı bombaladı - [b]dinc sakinlər öldü[/b]

0

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında endirdiyi  zərbə nəticəsində 5 dinc sakin ölüb.

 

APA-nın məlumatına görə, bu barədə “Əl Cəzirə” telekanalı xəbər verib.

 

Məlumata görə, hədəfdə terrorçuların Əl-Küriyə yaşayış məntəqəsindəki mövqeləri olub.

 

İki gün əvvəl beynəlxalq koalisiyanın Rakka şəhəri yaxınlığındakı kəndlərdən birinə endirdiyi hava zərbəsi nəticəsində 4-ü uşaq olmaqla 11 dinc sakin həyatını itirib.

 

Qeyd edək ki, Rakka şəhəri İSİD terror qruplaşmasının nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar